07 
Avq
2024
19:07
259

Fransa Gürcüstana dəstəyini ifadə edib

Rusiyanın Gürcüstana təcavüzündən 16 il sonra Fransa beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ölkənin suverenliyinə və ərazi bütövlüyünə tam sadiq olduğunu bir daha təsdiqləyib.

InterPress.ge xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Fransa vurğulayır ki, işğal olunmuş separatçı Abxaziya və Cənubi Osetiya regionlarının özünü elan etmiş hökumətlərinin birtərəfli qaydada tanınması, bu regionların hərbiləşdirilməsi, eləcə də bu regionlarla Gürcüstanın qalan hissəsi arasında münasibətlərdə maneələrin yaradılması, beynəlxalq hüququn qəbuledilməz pozulmasıdır. Fransa Rusiyanı 2008-ci il avqustun 12-də və sentyabrın 8-də üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməyə çağırır.

Fransa həmçinin Avropa İttifaqı, ATƏT və Birləşmiş Millətlər Təşkilatının həmsədrlik etdiyi “Cenevrə Beynəlxalq Müzakirələri” platformasına dəstəyini davam etdirir.

Yalnız bu müzakirə çərçivəsi tərəflərə birgə həll istiqamətində işləməyə imkan verəcək. Fransa avropalı tərəfdaşları ilə birlikdə Aİ-nin Gürcüstandakı Monitorinq Missiyasının (EUMM) və Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsinin işinə, Gürcüstanın Avropa yoluna və suverenliyinə dəstəyini davam etdirəcək", - deyə bildirilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər