Prezident: Hökumətin cəzalandırıla biləcəyi çox istiqamətlər var, amma müdafiəmizin dayandığı Gürcüstan ordusu cəzalandırıla bilməz
"Bu hakimiyyətin cəzalandırıla biləcəyi və cəzalandırılmalı olduğu istiqamətlər çoxdur, amma dövlətimizin, müdafiəmizin dayandığı Gürcüstan ordusu cəzalandırıla bilməz".
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili açıqlama verib.
Zurabişvilinin bugünkü mətbuat konfransında dediyinə görə, gürcü ordusu əhalinin tam etimadını qazanır və cəzalandırılmamalıdır.
“Mən ordumuz üçün büdcənin məhdudlaşdırılmasını və hələ dəqiq olaraq bilməsək də, Luqar laboratoriyası üçün maliyyənin məhdudlaşdırılmasını başa düşmürəm. Bu hakimiyyətin cəzalandırıla biləcəyi və cəzalandırılmalı olduğu istiqamətlər çoxdur, amma dövlətimizin, müdafiəmizin dayandığı Gürcüstan ordusu cəzalandırıla bilməz. Üstəlik, onu tamamilə Amerika yaradıb. Bunu bir az başa düşmədim və mütləq öyrənəcəyəm. Təlimlərin təxirə salınmasını başa düşmək olar. Seçkilər öncəsi, hər şey aydınlaşana qədər bəzi işarələr vermək olar, amma orduya toxunmaq olmaz, çünki ordumuz əhalinin tam etimadını qazanır və dövlətimizin real, deyə bilərik ki, yeganə sütunudur”, - Zurabişvili bildirib.


