Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Kaxetidə gənc qız qaçırılıb

614
 Kaxetidə gənc qız qaçırılıb
Dinləmək üçün basın

Bu gün səhər saatlarında Kaxetinin Qabal kəndindən 23 yaşlı qız qaçırılıb.

Bu gün səhər saatlarında Kaxetinin Qabal kəndindən 23 yaşlı qız qaçırılıb.

InterPress.ge xəbər verir ki, qaçırılan qızın qohumu “Azadlıq” radiosuna danışıb və qaçıranların zor tətbiq etdiyini bildirib:

"Dörd nəfər idi, qızı döyərək maşına mindirdilər. Qız da, nənəsi də müqavimət göstərsə də, heç nə edə bilməyiblər. Qız da, nənə də yaralanıb. Avtomobilin modeli və nömrəsi bizə məlumdur. Biz də polisə məlumat verdik, lakin onların yerini tapa bilmədilər. Biz öz səylərimizlə maşının ehtimal olunan yerini öyrəndik. Bunu polisə də bildirdik. Biz hələ də polisdə dindirilirik."

Polis hazırda qaçırılan qızı axtarır. Faktla bağlı Cinayət Məcəlləsinin 143-cü (qanunsuz azadlıqdan məhrum etmə) maddəsi ilə istintaq başlayıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Hökumət Süni İntellekt Əməkdaşlığı üzrə Ümumdünya Təşkilatının yaradılması haqqında sazişi parlamentə təqdim edibMarneulidə və bir sıra kəndlərdə yeni yollar çəkiləcəkUkraynalıların 83%-i müharibənin danışıqlar yolu ilə başa çatmasını dəstəkləyirQərbi Avropa yeparxiyasının mitropoliti Avraam (Qarmelia) vəfat edibPoniçalada baş verən partlayışda xəsarət alan İlia İsəyev xəstəxanada vəfat edibSon xəbərlərə bax →