Qardaş qardaşı qətlə yetirdi
Hüquq-mühafizə orqanlarının əməkdaşları 36 yaşlı şəxsi qardaşını qətlə yetirməkdə ittiham edərək həbs ediblər.
InterPress.ge xəbər verir ki, Daxili İşlər Nazirliyi bununla bağlı məlumat yayıb.
Qurumun məlumatına görə, qardaş qardaşına balta ilə ölümcül xəsarətlər yetirib və hadisə yerindən qaçaraq gizlənib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, cinayət 16 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
“Kvemo Svaneti RPİ-nin Raça-Leçxumi və Kvemo Svaneti RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində əvvəllər məhkum olunmuş 1977-ci il təvəllüdlü B.S. ailə üzvünə qarşı ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürmə ittihamı ilə həbs edilib.
Cinayət 16 ildən 20 ilədək və ya ömürlük həbslə cəzalandırılır.
İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs Çaqeri bələdiyyəsində balta ilə qardaşı 1988-ci il təvəllüdlü V.S.-yə ölümcül xəsarətlər yetirərək hadisə yerindən qaçıb. Aldıqları xəsarətlər nəticəsində V.S. hadisə yerində dünyasını dəyişib.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində təqsirləndirilən B.S. isti izlərlə saxlanılıb. Polis cinayət silahını - baltanı sübut kimi götürüb.
“Ailə üzvünə qarşı ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürmə faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 11 Prima 109-cu maddəsi ilə istintaq aparılır”, - Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.