19 
Iyl
2024
11:33
189

Bu gün parlamentdə“Amnistiya haqqında” qanun layihəsinə baxılacaq

Bu gün parlament birinci oxunuşda “Amnistiya haqqında” qanun layihəsinə baxacaq.

InterPress.ge xəbər verir ki, müzakirə əvvəlcə Hüquq Məsələləri Komitəsində aparılacaq, daha sonra növbədənkənar plenar iclasda müzakirəyə çıxarılaraq səsə qoyulacaq.

Layihəyə əsasən, amnistiya 2024-cü il iyulun 1-dək törədilmiş bir sıra cinayətlərə şamil ediləcək.

“Cinayət Məcəlləsi”nin 66-cı maddəsində nəzərdə tutulmuş cinayətlərə görə təqsirli bilinən şəxslər cəzadan tam azad ediləcək və ya cəza 1/2 və ya 1/4 hissəsi azaldılacaq. Bundan başqa, cəzanın 1/6 hissəsi azaldılması “Cinayət Məcəlləsi”nin 225-ci maddəsinə şamil ediləcək.

Amnistiya aşağıdakılara şamil edilməyəcək: - adam öldürmə, narkotik alveri, seksual xarakterli cinayətlər, quldurluq, terrorizm, korrupsiya və vəzifə cinayətləri, oğru dünyası cinayəti, insan alveri və digər ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxslərə.

Bundan başqa, “Gürcü arzusu”nun məlumatına görə, təxminən 7 min nəfərin şərti cəzası bir il azaldılacaq.

Parlament növbədənkənar sessiyada “Amnistiya” layihəsini birinci oxunuşda qəbul edəcək. İkinci-üçüncü oxunuş payız sessiyası çərçivəsində davam etdiriləcək.
 

Bizimlə əlaqə saxlayın