19 
Iyl
2024
11:27
172

International Cultural Programs-ın Pop-Up İngilis Klubunun  4 günlük təlimi başa çatıb

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində  "International Cultural Programs"ın Pop-Up İngilis Klubunun  4 günlük təlimi bugün başa çatıb.

InterPress.ge xəbər verir ki, təlimlərdən əvvəl Mərkəzin rəhbəri Murad Muradov ABŞ tələbələrinə “Azərbaycan evi”ndə həyata keçirilən layihələr barədə geniş məlumat verib.

M.Muradov belə proqramların qarşılıqlı ünsiyyət yaradılmasında, mədəniyyətləin öyrənilməsində  mühüm rol oynayacağını qeyd edib. 

Program ABŞ-dan olan könüllü universitet tələbələrini digər ölkə tələbələri ilə birləşdirərək  gənclərə təhsil, fərqli mədəniyyətlərə yiyələnmək, təcrübə qazanmaq və sosiallaşmaq imkanı yaradır.

Təlimlərin hər biri aşağıdakı 4 müxtəlif hissədən ibarət idi.

1. İcebreaker (dərsə alışdırma)

2. Qramatika - nitq hissələri və sözönlər, önəmli qramatik mövzuların öyrənilməsi.

3. Sağlamlıq dərsi - sağlam qidalanmaq, pis vərdişlərdən uzaq durmaq və ruhi sağlamlıq.

4. Oyunlar vasitəsilə ingilis dilində təlimatlara əməl etmək - idmanın diqqət mərkəzində olduğu çeviklik və koordinasiya oyunları.

Qeyd edək ki, dörd gün ərzində təlimlərdə 50 yaxın Marneulili gənc iştirak edib.


 


 


 

Bizimlə əlaqə saxlayın