“Qabal İnkişaf Mərkəzi”ndə gənclərın Narkoloq-Uroloq Dr. Nurəli Nəbiyevlə görüşü keçirilib
“Qabal İnkişaf Mərkəzi”ndə gənclərın Narkoloq-Uroloq Dr. Nurəli Nəbiyevlə görüşü keçirilib.
InterPress.ge xəbər verir ki, görüşdə həkim Nurəli Nəbiyev və ictimai fəal, DAK sədrinin müşaviri Mehman Rəsulov iştirak edib.
Görüş zamanı N.Nəbiyev insan sağlamlığından və narkotik vasitələrin insan bədənində törətdiyi fəsadlarından danışıb. Nurəli həkim özü haqqında qısa məlumat verdikdən sonra gənclərə həkim məsləhəti gənclərə bu sahə üzrə məsləhətlər verib.
Nurəli həkim Gürcüstan Respublikasının Laqodexi rayonunun Qabal kəndində dünyaya göz açmışdır. Hal-hazırda Qazaxıstan Respublikasının Almata şəhərində Uroloq-narkolok vəzifəsində çalışır.
O, narkomaniyaya qarşı necə mübarizə aparılmalıdır barədə gənclərə həkim məsləhəti verib:
“Xalq arası yayılan şayiələr "narkotikin insan bədəninə xeyri var" fikirləri yanlışdır. Narkotikin insan bədəninə heç bir xeyri yoxdur, ziyanından başqa. Sadəcə olaraq narkotik qəbul edənlərdə narkotikdən asılılıq daha da artır.
Narkotik asılılığın qurbanları daha çox yeniyetmələr və gənclər olur. Narkotika aludəçiliyi həm gənc insanın özü, həm də ailəsi, yaxınları üçün faciəyə çevrilir. Narkotiklərdən asılılıq ümumi fiziki xəsarətlərə və sağlamlığın ciddi ağırlaşmalarına səbəb olur. Narkoman tədricən özünə hörməti, əxlaqi keyfiyyətlərini və zehni tarazlığını itirir. Anormal psixikaya görə ailəsi və dostları ilə ünsiyyət qura bilmir, heç bir peşə ilə məşğul ola bilmir və hətta xəstəliyindən əvvəl sahib olduğu işlə bağlı bacarıqlarını da unudur. Cinayət mühitinə qarışaraq ətrafdakı insanlara bədbəxtlik gətirir və yavaş-yavaş onların da həyatını məhv edir”,- həkim Nurəli Nəbiyev Qabal kənd gənclərli ilə görüşündə deyib.
O, uyuşdurucu qəbul edənlərı bu zəhərli maddələrdən müalicə olunmaq üçün həkimə müraciət etməsini, bundan əlavə anonim müalicələrin olduğunu da bildirdi.
Sonda həkimə gənclər tərəfindən verilən sualları cavablandırılıb.