18 
Iyl
2024
15:06
256

Facebook” vasitəsilə vətəndaşların pulunu qanunsuz olaraq əldə edən şəxs saxlanılıb

Daxili İşlər Nazirliyi dələduzluqda təqsirli bilinən 1 nəfəri saxlayıb.

InterPress.ge xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qurumun məlumatına görə, təqsirləndirilən şəxslər cinayət sxemi ilə “Facebook” vasitəsilə bir neçə vətəndaşın pulunu qanunsuz olaraq əldə ediblər.

“Daxili İşlər Nazirliyinin, Mərkəzi Kriminal Polis İdarəsinin, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Kibercinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində hakimin qərarı ilə G.K.  dələduzluqda ittiham edilərək həbs edilib.

Cinayət 6 ildən 9 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır. İstintaq müəyyən edib ki, təqsirləndirilən sosial şəbəkə “Facebook” platformasında konkret vətəndaşların ad və soyadlarından, habelə fotoşəkillərdən istifadə etməklə saxta səhifələr yaradıb.Adıçəkilən səhifələrdən istifadə edərək müxtəlif şəxslərlə əlaqə saxlayıb, onların etimadını qazandıqdan sonra borc pul istəyib. Təqsirləndirilən şəxslər qeyd olunan cinayət sxemi üzrə bir neçə vətəndaşın pulunu qanunsuz olaraq ələ keçiriblər.

"İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin ikinci və üçüncü hissələri ilə aparılır", - agentlik bildirib.

Bizimlə əlaqə saxlayın