Bu gün səhər saatlarında Gürcüstanda zəlzələ baş verib.
InterPress.ge xəbər verir ki, bu barədə Yer Elmləri İnstitutu və Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri Dedoplisçğaro şəhərindən 5 km aralıda yerləşən Leninovka kəndində olub.
Zəlzələnin gücü 4,8 bal olub.
