İrakli Kobaxidze: ABŞ dövlət katibinin müavini ilə Gürcüstan-ABŞ münasibətlərinin dinamikası ilə bağlı maraqlı söhbətim oldu
“ABŞ dövlət katibinin müavini Uzra Zeya ilə Gürcüstanla ABŞ arasında münasibətlərin dinamikası ilə bağlı maraqlı söhbətim oldu”.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze sosial şəbəkədə yazıb.
İrakli Kobaxidze qeyd edib ki, ikitərəfli tərəfdaşlığın təkmilləşdirilməsinin zəruriliyi vurğulanıb.
“Strateji tərəfdaşlığımızdan faydalanmaq üçün ikitərəfli tərəfdaşlığımızın yenilənməsi və təkmilləşdirilməsinin zəruriliyini vurğuladıq. Biz seçkiqabağı mühit və azad, təhlükəsiz və şəffaf seçkiləri təmin etmək üçün insan hüquqlarının müdafiəsinin vacibliyindən danışdıq”, - İrakli Kobaxidze qeyd edib.
Gürcüstanın baş naziri İrakli Kobaxidze bu gün ABŞ dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya ilə görüşüb.


