10 
Iyl
2024
12:25
186

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurlu fəaliyyətinə görə səfir Faiq Quliyevi təltif edib

Azərbaycan diplomatik xidmət orqanlarının peşə bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurlu fəaliyyətinə görə Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevi təltif edib.

InterPress.ge xəbər verir ki, bu barədə prezident administrasiyası məlumat yayıb.

Prezident İlham Əliyevin 8 iyul 2024-cü il tarixli Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrin verilməsi haqqında Sərəncamı ilə Faiq Quliyevə “birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi” diplomatik rütbəsi verilib.

Məlumat üçün bildirək ki, Faiq Quliyev 2020-ci ildə Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olmuşdur və həmin dövrdən bu günədək Səfir vəzifəsini icra edir.

Bizimlə əlaqə saxlayın