09 
Iyl
2024
13:58
366

Təbii fəlakətdən zərər çəkmiş Marneulidən başqa bir çox bələdiyyələrə milyonlarla yardım ayrıldı

Təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün bələdiyyələrə 104 milyon 877 min lari ayrılıb.

InterPress.ge  İPN-a istinadən xeber verir ki , müvafiq qərarı Hökumət Administrasiyası verib və qərara Baş nazir İrakli Kobaxidze imza atıb.

“Təbii fəlakətlərin nəticələrini aradan qaldırmaq üçün tədbirlərin həyata keçirilməsi məqsədilə Gürcüstanın Maliyyə Nazirliyi “Gürcüstanın 2024-cü il dövlət büdcəsi haqqında” Gürcüstan qanunu ilə nəzərdə tutulmuş Gürcüstan regionlarında həyata keçiriləcək layihələr fondundan bələdiyyələrə 104 877 000 lariyə qədər vəsait ayırsın”, - deyə hökumətin qərarında bildirilib.

Sənədə əsasən, ən yüksək məbləğ - 9 062 000 lari Özurgeti Bələdiyyəsinə, ən az məbləğ isə Tianeti Bələdiyyəsinə 193 min lari ayrılıb.

Marneulidən başqa yardım alan bələdiyyələrin siyahısı:

Kvareli bələdiyyəsinə 4 420 000 lari,
Ozurgeti Bələdiyyəsinə 9 062 000 lari,
Martvili Bələdiyyəsinə 3 458 000 lari,
Siğnaği Bələdiyyəsinə  2 180 000 lari,
Kazbeqi Bələdiyyəsinə 940 000 lari,
Zestafoni Bələdiyyəsinə 2 990 000 lari,
Tsaqeri Bələdiyyəsinə 583 000 lari,
Qurcaani Bələdiyyəsinə 3 883 000 lari,
Çxorotsku Bələdiyyəsinə 5 855 000 lari,
Chokhatauri Bələdiyyəsinə 6 366 000 lari,
Telavi Bələdiyyəsinə 4 027 000 lari,
Laqodexi Bələdiyyəsinə 1 872 000 lari,
Lançxuti Bələdiyyəsinə 941 000 lari,
Tianeti Bələdiyyəsinə 193 000 lari,
Kutaisi Bələdiyyəsinə 3 986 000 lari,
Chiaturi Bələdiyyəsinə 5 738 000 lari,
Oni Bələdiyyəsinə 4 601 000 lari,
Saqareco bələdiyyəsinə 2 059 000 lari,
Tkibuli Bələdiyyəsinə 1 750 000 lari,
Zuqdidi Bələdiyyəsinə 3 170 000 lari,
Zalqa Bələdiyyəsinə 1 270 000 lari,
Xaşuri Bələdiyyəsinə 2 195 000 lari,
Kaspi Bələdiyyəsinə 830 000 lari,
Bolnisi Bələdiyyəsi 700 000 lari,
Adigeni Bələdiyyəsinə 380 000 lari,
Axaltsixe Bələdiyyəsinə 1 185 000 lari,
Aspindze Bələdiyyəsinə 500 000 lari,
Saçxeri Bələdiyyəsinə 1 110 000 lari,
Borjomi Bələdiyyəsinə 444 000 lari,
Tsalenjixa Bələdiyyəsinə 3 130 000 lari,
Lentexi Bələdiyyəsinə 2 160 000 lari,
Bağdati Bələdiyyəsinə 4 480 000 lari,
Tskaltubo Bələdiyyəsinə 545 000 lari,
Xaraqauli Bələdiyyəsinə 625 000 lari,
Terjola Bələdiyyəsinə 1 105 000 lari,
Samtredia bələdiyyəsinə 1 785 000 lari,
Xoni bələdiyyəsinə 705 000 lari,
Mtsxeta Bələdiyyəsinə 2 475 000 lari,
Senaki Bələdiyyəsinə 3 920 000 lari,
Abaşi bələdiyyəsinə 1 440 000 lari,
Mestia Bələdiyyəsinə 284 000 lari,
Ambrolauri Bələdiyyəsinə 2 500 000 lari,
Kareli Bələdiyyəsinə 200 000 lari ayrılıb.

Xatırladaq ki, 25 may tarixində axşam saatlarından başlayan güclü yağış 26 may daha da şiddətlənib və Algeti, Xram, eləcə də Debet çaylarının daşmasına səbəb olub. Sözügedən çayların daşması Marneuli şəhərində və kəndlərdə ciddi fəsadlar törədib. Marneulinin Mərkəzi Bazarındakı əksər mağazaları su basıb, bütün sahələrdə fəaliyyət göstərən ticarətçilərin məhsulları yararsız hala düşüb. Təbii fəlakət həm kənd təsərrüfatına, həm də yerli iqtisadiyyata böyük zərbə vurub.

Bizimlə əlaqə saxlayın