09 
Iyl
2024
13:04
277

İstintaq xidməti qanunsuz fəaliyyət göstərən kriptovalyuta mübadiləsi obyektini müəyyən edib

Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində qanunsuz fəaliyyət göstərən kriptovalyuta mübadiləsi obyekti müəyyən edilib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidməti məlumat yayıb.

Qurumun məlumatına görə, əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda nağd pul və kriptovalyuta aşkar edilib.

“Gürcüstanın Maliyyə Nazirliyinin istintaq xidmətinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində qanunsuz sahibkarlıq fəaliyyəti faktına görə bir nəfər barəsində cinayət təqibi başlanıb.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs qanunsuz maddi səmərə əldə etmək məqsədilə Gürcüstan Milli Bankında məcburi qeydiyyata alınmadan kriptovalyuta mübadiləsi obyektindən milli və xarici valyutada müxtəlif konvertasiya olunan virtual aktivləri dəyişdirib və nəticədə o, külli miqdarda pul alıb.

İstintaq nəticəsində külli miqdarda nağd pul və kriptovalyuta, həmçinin məlumatların olduğu kompüter avadanlığı aşkar edilib.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin cəza olaraq 1 ildən 3 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutan 192-ci maddəsinin birinci hissəsi ilə aparılır”, - deyə məlumatda deyilir.
 

Bizimlə əlaqə saxlayın