09 
Iyl
2024
12:22
251

Dövlət sərhədini qanunsuz keçməyə cəhd və miqrantı sərhəddən qanunsuz keçirməkdə təqsirli bilinən 4 xarici ölkə vətəndaşı saxlanılıb

Daxili İşlər Nazirliyinin Patrul Polis İdarəsinin və Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük İdarəsinin əməkdaşları birgə həyata keçirdikləri əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində Gürcüstanın dövlət sərhədini qanunsuz keçmək, keçməyə cəhd etmək, miqrantın sərhədə qanunsuz keçirilməsini təşkil etmək və saxta sənəddən istifadə etmək ittihamı ilə 4 xarici ölkə vətəndaşı saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.

“İstintaq zamanı müəyyən edilib ki, Türkiyə Respublikası vətəndaşı - 1982-ci il təvəllüdlü A.D. idarə etdiyi yük maşını ilə Türkiyə Respublikası vətəndaşlarını: 1993-cü il təvəllüdlü İ.O. və 1999-cu il təvəllüdlü K.H.-ni “Sarp" sərhəd-keçid məntəqəsindən yan keçərək qanunsuz olaraq Gürcüstan ərazisinə keçirtməyə cəhd edib. Polis onların üçünü sərhəd-keçid məntəqəsinin ərazisində həbs edib.

Patrul Polis İdarəsinin əməkdaşları daha bir Türkiyə Respublikası vətəndaşını - 1990-cı il təvəllüdlü D.-İ.-ni həbs ediblər. O, Kutaisidəki Davit Aqmaşenebeli Beynəlxalq Hava Limanında saxta pasportdan istifadə edərək Gürcüstanı tərk etmək istəyərkən tutulub.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 19-344-e, 344-e, 24-344-e prima və 362-e maddələri ilə aparılır”, - deyə məlumatda deyilir.
 

Bizimlə əlaqə saxlayın