08 
Iyl
2024
12:42
204

Bu gün Mixail Saakaşvilinin məhkəmə prosesi keçirilir

Tbilisi Şəhər Məhkəməsində qrup halında külli miqdarda büdcə vəsaitini mənimsəməkdə təqsirləndirilən sabiq prezident Mixail Saakaşvili və Dövlət Mühafizə Xidmətinin keçmiş rəhbəri Teymuraz Canaşiyanın cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

InterPress.ge xəbər verir ki, bugünkü iclasda müdafiə tərəfinin sübutları araşdırılacaq. Şahid qismində sabiq deputat Givi Tarqamadze çağırılaraq dindirilir.

Prosesdə təqsirləndirilən Mixail Saakaşvili Vivamed klinikasından uzaqdan, digər təqsirləndirilən Teymuraz Janaşia isə iclasda iştirak edir.

Məlumat üçün bildirək ki, ictimaiyyətə “pencək” işi kimi bilinən bu işdə Mixail Saakaşvili ilə birlikdə Xüsusi Dövlət Mühafizə Xidmətinin keçmiş rəisi Teymuraz Canaşiada ittiham olunur. Prokurorluq təqsirləndirilən şəxsləri külli miqdarda büdcə pulunu - 9 milyon larini mənimsəməkdə ittiham edir.


 

Bizimlə əlaqə saxlayın