01 
Iyl
2024
22:19
348

ABŞ dövlət katibi Gürcüstan rəsmilərinə qarşı daha yeni tədbirlərin görülə biləcəyini istisna etməyib

ABŞ dövlət katibi Gürcüstan rəsmilərinə qarşı daha yeni tədbirlərin görülə biləcəyini istisna etməyib.

InterPress.ge xəbər verir ki, “Amerikanın səsi”nin yaydığı məlumatda bildirilir ki, Entoni Blinken “Brukinq İnstitutu”nda keçirilən tədbirdə Gürcüstanla bağlı sualı cavablandırıb.

Bu, ABŞ Dövlət Departamentinin “Gürcü arzusu” hökumətinin nümayəndələrinə viza məhdudiyyəti tətbiq etməsindən sonra Entoni Blinkenin ilk bəyanatıdır.

“Düşünürəm ki, [regionda] bizim həm real narahatlıq [səbəbimiz], həm də real imkanlarımız var. Gürcüstandakı xarici agent qanununu qeyd etdiniz. Biz və bir çox başqa ölkələr bununla bağlı nəinki dərin narahatlığımızı ifadə etmişik, xüsusən də təsdiq edildikdən sonra bu narahatlığı ifadə etmək üçün addımlar atmışıq. Düşünürəm ki, daha çoxunu görəcəksiniz. Hesab edirəm ki, bu, açıq şəkildə Gürcüstanın tutmaq istədiyi Avropa istiqamətinə ziddir və gürcü xalqının əksəriyyətinin bunu istəmədiyi aydındır”, - Blinken bildirib.

ABŞ dövlət katibi açıqlayıb ki, Vaşinqton Gürcüstanda və regionda mövcud olan problemlərdən xəbərdardır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər