29 
Iyn
2024
15:45
406

“Müasir Təlim Texnologiyaları” adlı kitabın təqdimatı baş tutub

29 iyun tarixində Marneulidə “Azərbaycan Evi”ndə  professor Sərdar Yusubovun “Müasir Təlim Texnologiyaları” adlı kitabının təqdimatı baş tutub. 

InterPress.ge xəbər verir ki, tədbir “Azərbaycan Evi”nin dəstəyi ilə kelirilib. 

Tədbirdə çıxış edən Azərbaycan Evinin direktoru Məhəbbət İmanov iştirakçıları salamlayaraq, professor Sərdar Yusubovun həyatı və elmi yaradıcılığı haqqında iştirakçılara məlumat verib.

Daha sonra çıxış edən professor Sərdar Yusubov müəllifi olduğu kitab haqqında danışıb və bildirib ki, kitabda müasir elmin və pedaqoji təcrübənin nailiyyətləri əsasında müasir təlimin təkmilləşdirilməsinin nəzəri əsasları geniş planda təqdim olunub. Vəsait yeni mövzular, dünya pedaqoji prosesindəki innovasiyaları əks etdirən, yeni müasir təlim texnologiyaları ilə zənginləşdirir. Bu vəsait, pedaqoji universitetin məzunları, magistrlər, doktorantlar üçün ümumtəhsil məktəblərinin müəllimləri və ali məktəbin pedaqoji fakultələrinin təcrübəçi müəllimləri üçün nəzərdə tutulub.

Həmçinin, Professor S. Yusubov Gürcüstanın Təhsil və  elm nazirliyinin 24 yanvar 2020-ci il tarixində ünvanladığı MES 82000073953 şriftli məktubu ilə tədris vəsaitinə rəy verildiyini və onun təhsil müəssisələrində istifadə olunması tövsiyyə edildiyini bildirib.

Daha sonra çıxış edənlər Gürcüstan Elmlər Akademiyasının müxbir üzvü Ketevan Vardanişvili, Gürcüstan parlamentinin keçmiş deputatı Ramiz Bəkirov, Azərbaycanın əməkdar jurnalisti Nizami Məmmədzadə və başqaları çıxış edərək müəllifi təbrik edib, elmi yaradıcılığında uğurlar arzulayaraq bildiriblər ki, kitab tam məqəsədə uyğun olaraq şagird və tələbələrin müasir təlim texnologiyalarından yararlanmasında mühüm rol oynayacağına əminliyini ifadə ediblər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər