Baş nazir: Müxalifət LGBT əleyhinə qanun layihəsini dəstəkləməyəndə, bu o deməkdir ki, LGBT təbliğatını dəstəkləyir
“LGBT təbliğatı cəmiyyət üçün risklər daşıyır. Biz bütün bunları konkret ölkələrin timsalında görürük. Buna görə də LGBT təbliğatına qarşı mübarizə vacibdir”.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze jurnalistin “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanunla bağlı sualına cavabında bildirib.
Baş nazirin sözlərinə görə, həyat tərzindən asılı olmayaraq hər bir insanın hüquqları qorunmalıdır, lakin təbliğatda risklər olduğu üçün qeyd olunan məsələ tənzimlənməlidir.
“LGBT təbliğatı cəmiyyət üçün risklər daşıyır, biz bütün bunları konkret ölkələrin timsalında görürük. Buna görə də LGBT təbliğatına qarşı mübarizə vacibdir. Söhbət insan hüquqlarını məhdudlaşdırmaqdan getmir, həyat tərzindən asılı olmayaraq hər bir insanın hüquqları qorunmalıdır. Bu, bizim prinsipimizdir, başlanğıc nöqtəmizdir. LGBT təbliğatına gəlincə, təbliğatın risklər ehtiva etdiyini əsas götürərək, bu məsələnin tənzimlənməli olduğunu düşünürük. Müxalifət LGBT əleyhinə təbliğat haqqında qanun layihəsini dəstəkləməyəndə bu, müxalifətin LGBT təbliğatını dəstəkləməsi deməkdir ki, bu da bizim üçün qəti şəkildə qəbuledilməzdir”, - baş nazir bildirib.


