27 
Iyn
2024
23:27
327

Baş nazir: Müxalifətin gözləntiləri özünü doğrultmayacaq, ölkə Avropaya inteqrasiya istiqamətində irəliləyəcək

Əminəm ki, müxalifətin gözləntiləri özünü doğrultmayacaq, ölkə Avropaya inteqrasiya istiqamətində irəliləyəcək”.

InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze jurnalistlərə bildirib.

Hökumət başçısının qeyd etdiyinə görə, Gürcüstanın Avrointeqrasiya yolunda müxalifətin hansı maneə ilə üzləşməsindən asılı olmayaraq, bu istiqamətdə irəliləyiş davam edəcək.

“Müxalifətin bu günlərdə ölkənin ziyan görməsi ilə bağlı hədsiz gözləntiləri var idi, amma əminəm ki, müxalifətin bu gözləntiləri özünü doğrultmayacaq. Ölkə Avropaya inteqrasiya istiqamətində irəliləyir. Gürcüstan bu yolda müxalifət tərəfindən hansı maneələrlə üzləşsə də, biz Avropaya inteqrasiya istiqamətində ardıcıl olaraq irəliləyəcəyik”, - deyə İrakli Kobaxidze bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər