27 
Iyn
2024
22:11
251

İrakli Kobaxidze: Siyasətimizin mühüm vəzifəsi xaricdə yaşayan soydaşlarımızın, o cümlədən gənclərin malik olduqları ixtisas və biliklərdən ölkənin rifahı üçün istifadə etməkdir

“Xaricdə yaşayan soydaşlarımızın, o cümlədən gənclərin topladıqları ixtisas, bilik və təcrübədən ölkə rifahı naminə istifadə etmək bizim baxış və siyasətimizin mühüm vəzifələrindəndir”.

InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze Diaspor Gününə həsr olunmuş forumda çıxışı zamanı deyib.

Hökumət başçısının qeyd etdiyinə görə, bu əvəzsiz insan resursundan, əlaqələrdən, biliklərdən ümumi vətənimizin daha da tərəqqisi və inkişafı naminə istifadə etmək məqsədilə bir sıra proqramlar həyata keçirilir.

“Gürcüstan Dublin Bəyannaməsini imzalayan ölkədir və qlobal diaspor siyasətinə vahid yanaşma və baxışın formalaşdırılması, beynəlxalq əməkdaşlıq vasitəsilə diasporun gücləndirilməsi və cəlb edilməsi üçün yeni mexanizmlər, beynəlxalq standartlara uyğun şərait yaratmaq və eyni zamanda, ölkə diasporunun sosial resursunu inkişafa yönəltmək üçün Birləşmiş Millətlər Təşkilatının və beynəlxalq ictimaiyyətin səylərinə qoşulur. Xaricdə yaşayan soydaşlarımızın, o cümlədən gənclərin topladıqları ixtisas, bilik və təcrübədən ölkə rifahı naminə istifadə etmək bizim baxış və siyasətimizin mühüm vəzifələrindəndir. Bu əvəzsiz insan resursundan, əlaqələrdən, biliklərdən ümumi vətənimizin daha da tərəqqisi və inkişafı naminə istifadə etmək məqsədilə bir sıra proqramlar həyata keçirilir.

Gürcüstan hökuməti növbəti sessiyada “Xaricdə yaşayan həmvətənlər və diaspor təşkilatları haqqında” qanuna əlavələr paketini Gürcüstan parlamentinə təqdim edəcək. Bizim vəzifəmiz müasir dəyişən mühitdə görünməmiş çağırışları və imkanları nəzərə alaraq diasporumuzun ölkənin inkişaf prosesində rəvan iştirak etməsi üçün hər cür şərait yaratmaqdır. Beynəlxalq Miqrasiya Siyasəti Mərkəzi və diaspor problemlərinin tədqiqi üzrə dünyanın aparıcı akademik institutlarından biri olan Maastrixt Universitetinin tədqiqat qrupu ilə birgə hazırlanan qanun layihəsində qabaqcıl beynəlxalq təcrübə nəzərə alınıb. Ölkənin iqtisadi inkişafı fonunda xaricdə yaşayan soydaşlarımıza qayğımız sarsılmaz olaraq güclənəcəkdir. Mən hər bir diaspor nümayəndəsinə əmin-amanlıq, xoşbəxtlik, uğurlar və ən əsası gürcü diasporunun hər bir nümayəndəsinə nəhayət öz vətənlərinə qayıtmasını arzulayıram”, - deyə baş nazir bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər