27 
Iyn
2024
20:00
396

Azərbaycanın XİN rəhbəri Gürcüstanın baş naziri ilə görüşüb

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə görüşüb.

InterPress.ge xəbər verir ki, tərəflər Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlığın mühüm məsələlərini və regiondakı mövcud vəziyyəti müzakirə ediblər.

İqtisadi əməkdaşlığa və regional əhəmiyyətli layihələrə diqqət yetirilib. İri infrastruktur və enerji layihələrinin həyata keçirilməsində birgə səylərin vacibliyi qeyd edilib. 

Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Qara dəniz sualtı elektrik kabeli və Anaklia dərin su limanı da daxil olmaqla tranzit və logistika funksiyasının gücləndirilməsinə yönəlmiş layihələrin xüsusi əhəmiyyəti vurğulanıb.

Ceyhun Bayramov Gürcüstan millisinin Avropa çempionatının 1/8 final mərhələsinə vəsiqə qazanması münasibətilə İrakli Kobaxidzeni təbrik edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər