27 
Iyn
2024
15:20
210

Azərbaycanın XİN rəhbəri: Biz Gürcüstan yığmasının tarixi nailiyyətlərini gördük - gürcü xalqını təbrik etmək istəyirəm

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın futbol yığmasını Avropa çempionatının qrup mərhələsində qazandığı uğurlar münasibətilə təbrik edib.

InterPress.ge xəbər verir ki, bu barədə Ceyhun Bayramov gürcüstanlı həmkarı İliya Darçiaşvili ilə keçirdikləri görüşdən sonra birgə brifinqdə danışıb.

"Şəxsən mənim və həmkarlarım üçün Gürcüstanda olmaq həmişə xoşdur, lakin düşünürəm ki, bizim səfərimiz çox vacib bir zamana təsadüf edir və bu, bu günlərdə səfərimizi daha da cəlbedici edir. Gürcüstan millisinin tarixi uğurlarını gördük. Tarixi qələbə ondan ibarət idi ki, Gürcüstan millisi ilk dəfədir Avropa çempionatında çıxış edir və bu gün Gürcüstan yığmasının növbəti mərhələyə keçməsini gördük. Çox gözəl oyun izlədik. Bu gün mən Tbilisiyə gələndə hava limanından şəhərə qədər hər yerdə bu ab-hava hiss olunurdu. Sizi və bütün gürcü xalqını təbrik etmək istəyirəm”, - deyə Bayramov bildirib.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər