27 
Iyn
2024
14:57
300

Edit Estrella: Gürcüstan regionda nümunəvi ölkə sayılırdı

"Xarici Agentlər Aktı kimi də tanınan “Xarici Təsir Şəffaflığı Aktı” demokratiya və insan hüquqları ilə bağlı Avropa standartları və normaları ilə bir araya sığmır."

InterPress.ge xəbər verir ki, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçisi Edit Estrella Avropa Şurası Parlament Assambleyasının Gürcüstanla bağlı müzakirələrin davam etdiyi sessiyasında deyib.

“Xarici Agentlər Aktı kimi də tanınan Xarici Təsir Şəffaflığı Aktı demokratiya və insan hüquqları ilə bağlı Avropa standartları və normaları ilə bir araya sığmır. Venesiya Komissiyasının rəyinə görə, qanun kökündən qüsurludur. O, sərbəst toplaşmaq azadlığını pozur, siyasi plüralizmə, demokratiyaya xələl gətirir və indiki formada ləğv edilməlidir.
Gürcüstan cəmiyyətində böyük təfriqə yaradan, beynəlxalq ictimaiyyətin tövsiyə və xəbərdarlıqlarına zidd olan qanunun qəbulu ölkənin Avropa standartları qarşısında öhdəlikləri və Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə hörmətlə bağlı suallar yaradır.

Qanunun vətəndaş cəmiyyəti təşkilatlarının və medianın maliyyə şəffaflığı ilə heç bir əlaqəsi yoxdur. Gürcüstanda artıq təşkilatların maliyyələşdirilməsi ilə bağlı şəffaflığın təmin edilməsi üçün yaxşı inkişaf etmiş şəbəkə, eləcə də lobbiçiliyi tənzimləyən hərtərəfli qanunvericilik mövcuddur. Onun məqsədi gizli və zərərli xarici təsirlərin qarşısını almaq deyil, hökumətin vətəndaş cəmiyyəti və media üzərində həddindən artıq siyasi nəzarəti həyata keçirməsinə imkan verməkdir. Məruzəçilər kimi biz hakimiyyəti bu qanunu dərhal ləğv etməyə, habelə polisin nümayişçilərə, vətəndaş cəmiyyəti fəallarına, jurnalistlərə və parlamentarilərə qarşı həddindən artıq, qeyri-mütənasib güc tətbiqi, zorakı hücumlar və hədə-qorxu ilə bağlı narahatlığımızı bildiririk. Bu faktlar tam araşdırılmadı və səlahiyyətli orqanlar tərəfindən lazımi şəkildə pislənilmədi ki, bu da belə hərəkətlərə görə cəzasızlıq mühitinə gətirib çıxara bilər”, - deyə Edit Estrella bildirib.
 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər