25 
Iyn
2024
17:26
358

Estoniya XİN başçısı: Gürcüstanın Avropa İttifaqına daxil olması prosesi dayandırılıb

Estoniyanın xarici işlər naziri Marqus Tsahknanın sözlərinə görə, hazırda Gürcüstanın Avropa İttifaqına daxil olması prosesi dayandırılıb.

InterPress.ge xəbər verir ki, Tsahkna bu barədə Lüksemburqda Ümumi Məsələlər Şurasının iclasından əvvəl jurnalistlərə danışıb və qeyd edib ki, Gürcüstana maliyyə yardımının dayandırılması və digər sanksiyalar növbəti sessiyalarda yenidən müzakirə olunacaq.

"Təəssüf ki, Gürcüstan yanlış istiqamətdə gedir. Dünən görüşdə Gürcüstandakı vəziyyəti müzakirə etdik və bir tərəfdən kədərləndim, digər tərəfdən isə o qədər də yox, çünki biz qərara gəldik ki, Gürcüstanın Avropa İttifaqına daxil olması dayandırılıb. Maddi yardımlar və onların Şengen zonasına daxil olmasının qarşısını almaq üçün diplomatik pasportlar haqqında qərar qəbul ediləcək. Digər sanksiyalara da baxılır”, - Estoniyanın xarici işlər naziri bildirib.

Tsahkna həmçinin Ukrayna və Moldovanın Aİ-yə üzvlük danışıqlarına başlamasını dəyərləndirib və bir daha qeyd edib ki, Gürcüstan hökuməti yanlış istiqamətdə gedir.

“Mən gürcü xalqı üçün çox narahatam, çünki Gürcüstan əhalisinin 80%-dən çoxu Avropa İttifaqına daxil olmaq istəyir, lakin hökumət yanlış yoldadır”, - Marqus Tsahkna deyib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər