24 
Iyn
2024
21:20
264

Borrell: "Gürcüstan hökuməti ilə siyasi əlaqələri azaldacağıq və hökumətə dəstəyi də donduracağıq"

"Gürcüstan hökuməti ilə siyasi əlaqələri azaldacağıq və hökumətə dəstəyi də donduracağıq".

InterPress.ge-nin xəbərinə görə, bunu Avropa İttifaqının xarici işlər nazirlərinin görüşündən sonra Avropa İttifaqının ali nümayəndəsi Cozef Borell bildirib. 

Onun sözlərinə görə, bu qərara səbəb ölkədə Gürcüstanı Avropa İttifaqına yaxınlaşdırmaq əvəzinə onu ayıran rus qanununun qəbul edilməsidir. Borrell bu tədbirlərin dərhal həyata keçiriləcəyini deyib.

"Dinamikalar Gürcüstan əhalisinin böyük əksəriyyətinin istəklərinin əksinə gedir. Nazirlərin əksəriyyəti açıq şəkildə bildiriblər ki, Gürcüstan Avropa İttifaqından uzaqlaşır və ölkə hakimiyyəti hərəkət istiqamətini dəyişməsə, ölkə Avropa yoluna qayıda bilməyəcək. Mən aydın və konkret deyirəm - əgər öz kursunu dəyişməsə, Gürcüstan Avropa İttifaqına gedən yolda irəliləyiş əldə etməyəcək. 

Eyni zamanda, dezinformasiyaya qarşı mübarizədə vətəndaş cəmiyyətinə və mediaya dəstəyimizi davam etdirəcəyik və seçki prosesini dəstəkləyəcəyik. Mən xüsusi sənəd paylamışam və vəziyyəti izləməyə davam edəcəyik. 

Biz bütün lazımi tədbirləri həyata keçirəcəyik - Gürcüstan hökuməti ilə siyasi əlaqələri azaldacağıq, həmçinin hökumətə dəstəyi donduracağıq və Avropanın kredit maliyyələşdirmə xətlərinə yenidən baxacağıq. Bu dərhal baş verəcək. Biz vəziyyətə nəzarət edəcəyik və vəziyyətin pisləşəcəyi təqdirdə əlavə tədbirlər görəcəyik”.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər