İrakli Kobaxidze: “Milli Hərəkat” Ukraynada yaranmış ssenarini Gürcüstanda görmək istəyir
“Mən “Milli Hərəkat”ın nümayəndələrini əmin etmək istəyirəm ki, Gürcüstanda Ukrayna ssenarisi inkişaf etməyəcək və Gürcüstanın ukraynalaşdırılması heç bir halda baş verməyəcək. Bunun qarşısını almaq üçün hər şeyi edəcəyik”.
InterPress.ge xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın baş naziri İrakli Kobaxidze Davit Sağvarelidzenin bəyanatı ilə bağlı sualı cavablandırarkən deyib.
Hökumət başçısının sözlərinə görə, “Milli Hərəkat” Ukraynada yaranmış ssenarini Gürcüstanda görmək istəyir.
“Bu konkret bəyanatla bağlı fonu nəzərə alsaq, Sağvarelidzenin nədən danışdığı aydın olur. Hamımız bilirik ki, ümumiyyətlə, Milli Hərəkat dost ölkəmiz Ukraynada təəssüf ki, inkişaf etmiş ssenarini Gürcüstanda görmək istəyir. Mən “Milli Hərəkat”ın nümayəndələrini əmin etmək istəyirəm ki, Gürcüstanda Ukrayna ssenarisi inkişaf etməyəcək və Gürcüstanın ukraynalaşdırılması heç bir halda baş verməyəcək. Bunun qarşısını almaq üçün əlimizdən gələni edəcəyik”, - deyə baş nazir bildirib


