20 
Iyn
2024
22:04
337

Kobaxidze: “Gürcüstan və Avropa İttifaqı arasında münasibətlərin möhkəmlənməsini təmin etmək üçün praqmatik yanaşma ortaya qoymaq lazımdır”

“Gürcüstan və Avropa İttifaqı arasında münasibətlərin möhkəmlənməsini təmin etmək üçün praqmatik yanaşma ortaya qoymaq lazımdır”.

InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze Almaniyada jurnalistlərə bildirib.

Hökumət başçısının sözlərinə görə, Gürcüstan tərəfi Aİ strukturları tərəfindən praqmatik addımlar atılacağını gözləyir.

“Aİ strukturları tərəfindən praqmatik addımlar atılacağını gözləyirik. Nəhayət, görürsünüz ki, qanuna qarşı heç bir arqument irəli sürülmədi. Biz dəfələrlə partnyorlarımıza ictimai müzakirə təklif etmişik, lakin hər dəfə rədd cavabı almışıq. Sonda hər kəs gördü ki, tənqidin heç bir əsası yoxdur. Bunun fonunda Gürcüstanla Avropa İttifaqı arasında münasibətlərin möhkəmlənməsini təmin etmək üçün Gürcüstana qarşı praqmatik yanaşma göstərmək lazımdır. Müəyyən tədbirlərlə bağlı həddən artıq açıqlamalar verildi, baxmayaraq ki, reallıqda belə addımlar əks nəticə verə bilər. Ona görə də hesab edirəm ki, hamı hər şeyi çox gözəl başa düşüb”, - deyə baş nazir bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər