Baş nazir: “2030-cu ilə qədər Gürcüstan Avropa İttifaqının üzvü olacaq”
“Bu mərhələdə müəyyən çətinliklər olsa da, biz əminik ki, davamlı şəkildə irəliləyəcəyik və 2030-cu ilə qədər Gürcüstan Avropa İttifaqının üzvü olacaq”.
InterPress.ge xəbər verir ki, bu barədə Berlində Gürcüstan səfirlərinin konfransında iştirak edən baş nazir İrakli Kobaxidze jurnalistlərə bildirib.
“Ölkənin mövqelərinin beynəlxalq səviyyədə təqdimatı ilə bağlı ümumi işə hər bir səfirin cəlb olunması çox vacibdir. Təbii ki, biz bütün aktual mövzuları danışdıq. Bizim prioritetlərimiz hər kəsə məlumdur. Əsas prioritet Avropa İttifaqına daxil olmaq və bu istiqamətdə davamlı irəliləyişə nail olmaqdır. Hazırkı mərhələdə müəyyən çətinliklər olsa da, biz əminik ki, ardıcıl irəliləyəcəyik və 2030-cu ilə qədər Gürcüstan Avropa İttifaqının üzvü olacaq”, - Kobaxidze bildirib.


