15 
Iyn
2024
19:21
273

Zelenski: “Əminəm ki, Ukrayna və Gürcüstan birlikdə və əbədi olaraq Avropa İttifaqının bir hissəsi olacaqlar”

Əminəm ki, gün gələcək ki, Ukrayna və Gürcüstan birlikdə və əbədi olaraq Avropa İttifaqının bir hissəsi olacaqlar”.

InterPress.ge xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşdən sonra sosial şəbəkədə yazıb.

Zelenskinin qeyd etdiyinə görə, prezidentlər ikitərəfli əməkdaşlıq və ölkələrdə təhlükəsizlik problemlərini müzakirə ediblər.

“Mən prezident Zurabişvilini Rusiyanın Ukraynanın enerji sektoruna qarşı hava terroru barədə məlumatlandırdım. Ölkəmiz enerjinin bərpası üçün hər cür səy göstərir. Gürcüstan Prezidentinə bizim üçün çox vacib olan Qlobal Sülh Sammitində göstərdiyi dəstəyə və iştirakına görə təşəkkür edirəm. Biz birlikdəyik.  Əminəm ki, gün gələcək və Ukrayna və Gürcüstan birlikdə və əbədi olaraq Avropa İttifaqının bir hissəsi olacaqlar”, - deyə Zelenski yazıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər