15 
Iyn
2024
18:57
274

“Gürcüstan və Ukraynanın yeri Avropadadır” - Salome Zurabişvili

Gürcüstan Prezidenti Salome Zurabişvili Ukrayna Sülh Sammiti çərçivəsində İsveçrədə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

InterPress.ge xəbər verir ki, görüşdə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba, Ukrayna Prezidenti Administrasiyasının rəhbəri Andrey Yermark və baş nazirin müavini Yuliya Sviridenko iştirak ediblər.

Gürcüstan prezidenti Ukraynanın Avropa İttifaqına daxil olması üçün danışıqlara başlanılması qərarına görə Ukrayna prezidentini təbrik edib və Ukraynaya tam dəstək və həmrəy olduğunu bir daha təsdiqləyib.

Gürcüstan prezidentinin dediyinə görə, Gürcüstan və Ukraynanın yeri Avropadadır. Gürcüstanda, Ukraynada və ümumilikdə regionda sülh gələcək inkişaf üçün zəruri və vacibdir.

Görüşdə Gürcüstan prezidenti əsir götürülən gürcü Mamuka Qapsreliya ilə bağlı məsələ qaldırıb və Ukrayna prezidenti qeyd olunan məsələ ilə bağlı işləməyə hazır olduğunu bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər