Prezident “Seçki Məcəlləsi”nə dəyişikliklərə veto qoyub
Prezident “Seçki Məcəlləsi”nə dəyişikliklərə veto qoyub.
InterPress.ge xəbər verir ki, bu barədə Prezident Administrasiyası məlumat yayıb.
“Bu gün Gürcüstan prezidenti “Seçki Məcəlləsi”ndə həyata keçiriliıməsi planlaşdırılan dəyişikliklərə veto qoyub, bununla MSK-nın qərarlarının qəbulu üçün zəruri olan 2/3 kvorum tam tərkibin əksəriyyətinə endirilir. Dəyişikliklə MSK-da qərar qəbul etmək üçün partiyalar arasında konsensus zərurəti aradan qaldırılır və hakim partiya praktiki olaraq birpartiyalılıq əsasında qərar qəbul etmək imkanı qazanır.
Həmçinin prezident “korrupsiyaya qarşı mübarizə haqqında qanun”a düzəlişlər paketini imzalayıb, lakin o hesab edir ki, təqdim olunan düzəlişlər fasadlıdır və parçalanmışdır, Avropa İttifaqına üzv olmaq və danışıqlara başlanılması üçün 9 şərtdən biri olan dəyişikliklər Avropa Komissiyasının tələblərinə cavab vermir.
“Gürcü Xartiyası”nda korrupsiyaya qarşı mübarizə bürosunun müstəqilliyini artırmaq üçün onun sistemli islahatı təklif olunur: rəhbərin parlament tərəfindən seçilməsi və büroya istintaq səlahiyyətlərinin verilməsi.


