Tina Bokuçava: Mən bu gün həmişəkindən daha çox qələbəyə inanıram
“Bu mübarizəyə görə təşəkkür edirəm və bu etimada görə təşəkkür edirəm, çünki sizin qərarınız və birlikdə verdiyimiz bu qərar mənim üçün böyük məsuliyyətdir”.
InterPress.ge xəbər verir ki, bu sözlərlə Vahid Milli Hərəkat Partiyasının sədrliyinə namizəd Tina Bokuçava partiyanın keçmiş sədri Levan Xabeişviliyə müraciət edib.
Bokuçavanın qeyd etdiyinə görə, Xabeişvilinin sədrlikdən istefa verməsi onun üçün “Gürcüstanın parlaq gələcəyinin birinci prioritet olduğunu” göstərir.
“İlk növbədə, Levan, mən sizə təşəkkür etmək istəyirəm, “Vahid Milli Hərəkat”a görə çox vacib, o qədər də asan olmayan bir anda üzərinizə böyük məsuliyyət götürdünüz, bu, böyük cəsarət və böyük fədakarlıq tələb edir, bunu bizə dəfələrlə göstərdiniz. Bir gənci quldurlara çevrilmiş xüsusi təyinatlılardan, rus İvanişvilinin cəlladlarından xilas etmək cəhdinizdən sonra siz inanılmaz sakitlik, güc və cəsarət göstərdiniz, bunu həqiqətən yalnız qələbəyə inanan insanlar edə bilər. Siz həmişə bunu işıqlandırmısınız və buna görə sizə çox təşəkkür etmək istəyirəm. Bugünkü qərarınız həm də onu göstərir ki, Gürcüstanın parlaq gələcəyi və bu parlaq, Avropa gələcəyində bizim ümumi rolumuz sizin üçün birincidir. Bu mübarizəyə görə və bu etimada görə təşəkkür edirəm, çünki sizin qərarınız və birlikdə verdiyimiz bu qərar mənim üçün böyük məsuliyyətdir. Bu gün mən seçkilərə necə girdiyimizə və ölkəmiz üçün bu mühüm seçkiləri necə qazanacağımıza dair fikirlərim barədə ətraflı danışmayacağam, Levanın izah etdiyi kimi, yaxın gələcəkdə bu barədə fürsətimiz olacaq. Ancaq bir şeyi mübaliğəsiz deyim, bu gün ölkəmizin taleyi həll olunur, bu gün bizim övladlarımızın harada yaşayacağı, Rusiyanın həyətində, yoxsa Avropa Gürcüstanında yaşayacağına qərar verilir.
Prezident Saakaşviliyə də təşəkkür etmək istərdim ki, o, əsirlikdə belə həqiqətən də birləşmiş, güclü, Avropalı, uğurlu Gürcüstana inamını itirmətib. Sizə, xüsusən də son bir neçə həftədə, aylarda həqiqətən bizə cəsarət, fədakarlıq və əzmkarlıq nümunəsi göstərən gənclərə söz verirəm ki, mən hər şeyi edəcəyəm, “Vahid Milli Hərəkat” hər birimizə, ölkəmizə ümumi, milli qələbə gətirmək üçün hər şeyi edəcək. Bu gün həmişəkindən daha çox qələbəyə inanıram, inanıram ki, biz qalib gələcəyik, üslubda qalib gələcəyik”, - deyə Tina Bokuçava bildirib.


