08 
Iyn
2024
18:25
360

Saakaşvili Tina Bokuçavanın “Milli Hərəkat”a sədr seçilməsini alqışlayıb

“Mən Tina Bokuçavanın yeni sədr seçilməsini və partiyanın yenilənməsi istiqamətində atılan addımları dəstəkləyirəm”.

InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, bugünkü qərar Vahid Milli Hərəkatın daim yenilənməsi və güclənməsinin nümunəsidir.

 “Mən Levanın siyasi motivli fiziki hücum nəticəsində zərər çəkmiş sağlamlığının qeydinə qalması və Milli Hərəkat Partiyasının sədri vəzifəsindən partiyanın siyasi şurasının sədri vəzifəsinə keçməsi qərarını alqışlayıram. 

Levanın tez bir zamanda reabilitasiyadan keçməsi və həlledici döyüşdə fəal iştirak etməsi çox vacibdir.

Mən Tina Bokuçavanın yeni sədr seçilməsini və partiyanın yenilənməsi istiqamətində atılan addımları dəstəkləyirəm.

Biz bütün siyasi qüvvələrin birləşməsi üçün əlimizdən gələni etməliyik, çünki bu gün xalqın və xüsusən də gənclərin sifarişi budur. Uğurlu dövlət quruculuğu ənənəsinə və daim yeniləşmə prosesinə əsaslanaraq “VMH” yeni simalarla, yeni ideyalarla bu istiqamətdə tamamilə yenidən qurulacaq.

Bugünkü qərar Vahid Milli Hərəkatın daim yenilənməsinin və gücünün nümunəsidir”.

Məlumat üçün bildirək ki, Levan Xabeişvili “Milli Hərəkat”ın sədri vəzifəsindən istefa verib və onu Tina Bokuçava əvəz edəcək.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər