06 
Iyn
2024
22:18
760

ABŞ Gürcüstana ilk sanksiyalar paketini elan etdi

ABŞ Dövlət Departamenti Gürcüstanda rus qanununu dəstəkləmək, dinc nümayişçilərə qarşı zorakılıq, ölkədə demokratiyanı sarsıtmaq və dezinformasiya yaymaqla bağlı ilk sanksiyalar paketini elan edib.

InterPress.ge xəbər verir ki, bu barədə Dövlət Departamentində keçirilən brifinqdə mətbuat katibi Metyu Miller bildirib.

Məlumdur ki, 24 nəfərə viza sanksiyaları tətbiq edilib və onların arasında “Gürcü arzusu”nun üzvləri, millət vəkilləri və polis əməkdaşları da var.

"Amerika Birləşmiş Ştatları "Gürcü Arzusu"nun Gürcüstanda antidemokratik hərəkətlərindən dərin narahatdır. Bu hərəkətlər Gürcüstanın Avropa gələcəyinə zərər vurur və Gürcüstan Konstitusiyasına ziddir. Biz onlarla gürcüyə viza məhdudiyyəti tətbiq etmək üçün addımlar atacağıq. Bu, fərdi məsuliyyətdir və onların ailə üzvlərinə də təsir edir”, - Miller bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər