“Bu qanun qüvvəyə minərsə, Gürcüstanın üzvlüyü ilə bağlı danışıqlara başlamayacağıq".
InterPress.ge xəbər verir ki, bunu Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer BMG-nin efirində deyib.
“Gürcüstan ötən ilin dekabrından namizəd ölkədir; Bu, həm Avropa İttifaqı, həm də Gürcüstan üçün çox böyük tarixi addım idi və növbəti addım Aİ ölkələrinin qərarına əsasən üzvlüklə bağlı danışıqlara başlamaq olardı [və bütün ölkələr danışıqlara başlamağa hazırdır] – buna baxmayaraq, Gürcüstan hökuməti Aİ standartlarına uyğun olmayan qanun qəbul etdi və bu qanun qüvvəyə minərsə, üzvlüklə bağlı danışıqlara başlamayacağıq - bu, Gürcüstanın hazırkı statusudur”- Fişer deyib.
