16 
May
2024
21:29
225

Gürcüstan və Türkiyə arasında enerji sahəsində əməkdaşlıq memorandumu imzalanıb

Gürcüstan və Türkiyə Respublikası arasında enerji sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

InterPress.ge xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində imzalanan sənəd Gürcüstan və Türkiyə arasında mövcud tərəfdaşlığın möhkəmlənməsinə və dərinləşməsinə töhfə verəcək.

Memorandum iki ölkəyə bərpa olunan enerjilər, enerji səmərəliliyi, infrastrukturun rəqəmsallaşdırılması, karbon emissiyalarının azaldılması və s. kimi sahələrdə bilik və təcrübə mübadiləsinə imkan verəcək.

Anlaşma memorandumu Gürcüstanın baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili və Türkiyə Respublikasının enerji və təbii ehtiyatlar naziri Alparslan Bayraktar tərəfindən imzalanıb.

İmzalanma mərasimində Gürcüstanın Baş naziri İrakli Kobaxidze və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak ediblər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər