İrakli Kobaxidze: Türkiyə Gürcüstanın bir nömrəli ticarət tərəfdaşıdır
“Türkiyə Respublikası Gürcüstanın bir nömrəli ticarət tərəfdaşıdır. Biz tərəfdaşlığımızın daha da dərinləşdirilməsini müzakirə etdik”.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə keçirdiyi brifinqdə bildirib.
Hökumət başçısının sözlərinə görə, Gürcüstan ikitərəfli ticarət əlaqələrinin daha da dərinləşdirilməsi üçün böyük potensial görür.
“Ölkəmizdə baş verən proseslərlə bağlı müxtəlif nöqteyi-nəzərdən cənab Prezidentə məlumat verdim. Yaxın Şərqdə gedən prosesləri də müzakirə etdik. Qeyd etdik ki, Gürcüstan Yaxın Şərqdə beynəlxalq ictimaiyyətin dəstəyi ilə danışıqlar yolu ilə əldə edilə bilən sülhün bərqərar olmasının zəruriliyi ideyasını dəstəkləyir. Müasir dünyada gedən prosesləri nəzərə alaraq, biz regional, ticarət-iqtisadi və nəqliyyat-energetika sahəsində əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini xüsusi vurğuladıq. Bu kontekstdə tranzit funksiyasının, əlaqənin əhəmiyyəti xüsusilə qeyd olundu. Türkiyə Cümhuriyyəti Gürcüstan üçün bir nömrəli ticarət tərəfdaşıdır və biz tərəfdaşlığımızın daha da dərinləşdirilməsini müzakirə etdik.Əlbəttə, biz ikitərəfli ticarət əlaqələrinin daha da dərinləşdirilməsi üçün böyük potensial görürük. Həmçinin, Gürcüstandan ixracın və ümumiyyətlə, ikitərəfli ticarətin əhəmiyyəti barədə söhbət etdik”, - deyə baş nazir bildirib.


