“Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbulu Gürcüstanda uzunmüddətli sülh, əmin-amanlıq və qütbləşmənin aradan qaldırılması üçün təminatlar yaradır” - Kobaxidze
“Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbulu Gürcüstanda uzunmüddətli sülh, əmin-amanlıq və qütbləşmənin aradan qaldırılması üçün təminatlar yaradır”.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze hökumət administrasiyasında keçirdiyi brifinqdə bildirib.
“Bu gün ölkəmizin müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi baxımından ən mühüm gündür. “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbulu Gürcüstanda uzunmüddətli sülh, əmin-amanlıq və qütbləşmənin aradan qaldırılması üçün güclü təminatlar yaradır ki, bu da öz növbəsində Gürcüstanın Avropa Birliyinə inteqrasiyası üçün zəruri şərtdir. Bir daha təkrar edirəm ki, sosioloji araşdırmalara görə, qeyri-hökumət təşkilatlarının şəffaflığını Gürcüstan əhalisinin 80%-dən çoxu, birbaşa xarici təsirin şəffaflığı haqqında qanunu isə əhalinin 60%-dən çoxu dəstəkləyir”, - Kobaxidze qeyd edib.
Parlament “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib.


