14 
May
2024
18:05
238

Tina Bokuçava: Gürcüstanın Avro-Atlantik seçimini qorumaq üçün bütün "variantlar" masa üzərindədir

“Gürcüstanın Avro-Atlantik seçimini qorumaq üçün bütün “variantlar” masa üzərindədir və müzakirə olunur, bu, konqresmenlərin və senatorların məktublarında da görünür”.

InterPress.ge xəbər verir ki, bu barədə parlamentin “Vahid Milli Hərəkat” fraksiyasının sədri Tina Bokuçava ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Cim O`Brayenlə görüşdən sonra açıqlama verib.

Bokuçavanın sözlərinə görə, bura Bidzina İvanişviliyə, onun ətrafına, konkret “rus qanunu”nu dəstəkləyən deputatlara, həmçinin “gəncləri təqib edən, döyən və hədələyən zorakılara” qarşı şəxsi sanksiyalar variantı daxildir.

“ABŞ-ın əsas mesajı ondan ibarətdir ki, Gürcüstanın böyük dostu və strateji tərəfdaşı olan ABŞ gürcü xalqının və onun Avro-Atlantik seçiminin yanındadır. Bu cinayətkarlar ABŞ-ın öz vətəndaşlarına qarşı dövlət terroru və kütləvi insan haqları pozuntuları olduqda tətbiq etdiyi sanksiyalar kimi cəzalara məruz qalacaqlar”, - Bokuçava bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər