14 
May
2024
13:06
241

Parlamentdə fiziki qarşıdurma yaranıb

Deputatların “Xarici təsirin şəffaflığı haqqında” qanunu müzakirə etdikləri Gürcüstan parlamentinin plenar zalında şifahi və fiziki qarşıdurma olub.

InterPress.ge xəbər verir ki, qarşıdurma Vahid Milli Hərəkat Partiyasının sədri Levan Xabeişvilinin çıxışı zamanı başlayıb.

Bundan sonra əksəriyyət müxalifət təmsilçiləri yerlərini tərk edərək fiziki və şifahi münaqişəyə giriblər.

Parlamentin spikeri Şalva Papuaşvili həmkarlarını sakitləşməyə çağırıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər