11 
May
2024
23:13
292

“Şəffaflıq haqqında” qanunla bağlı aksiyalar tam şəkildə “Milli Hərəkat” tərəfindən idarə olunur, məqsəd ölkəmizi coğrafi xəritədən silməkdir” - Rati İonatamişvili

“Şəffaflıq haqqında” qanunla bağlı aksiyalar tam şəkildə “Milli Hərəkat” tərəfindən idarə olunur”.

InterPress.ge xəbər verir ki, bunu parlamentin İnsan Hüquqlarının Müdafiəsi və Mülki İnteqrasiya Komitəsinin sədri Rati İonatamişvili bildirib.

“Bu aksiyalar tam şəkildə “Milli Hərəkat” tərəfindən idarə olunur. Bu hərəkatın bir neçə formal adı ola bilər, məsələn, “Qirçi”, “Droa”, “Qaxariya”, “Axali” və s., lakin onlar “Milli Hərəkat”ı təmsil edirlər. Gizli səs yazılarında özləri etiraf edirlər ki, vətəndaşlığı olmayan, mənəviyyatsız insanlardır. Bu adamlar həqiqətən də agentdirlər, məqsədi ölkəmizi coğrafi xəritədən silməkdir”, - deyə Rati İonatamişvili “İmedi”nin efirində bildirib

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər