10 
May
2024
22:41
272

Kaladze: “Bu gün Gürcüstanda nə Şevardnadzenin dövründəki, nə də Saakaşvilinin dövründəki hakimiyyət yoxdur”

Gürcüstanda elə olmayacaq ki, ölkənin taleyini əhali yox, konkret xarici qüvvələr həll etsin. Yenə deyirəm, bu gün Gürcüstanda nə Şevardnadzenin dövründəki, nə də Saakaşvilinin dövründəki hakimiyyət yoxdur”.

InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze videomüraciətində bildirib.

“Şəffaflıq tələbi Avropaya inteqrasiya prosesinə necə maneə ola bilər? Bütün bunlar cavabsız qalır. Ancaq cavab çox sadədir - ölkə seçkilərə getməməli və ölkənin taleyini əhali deyil, konkret xarici qüvvələr həll etməlidir. Bu, bizim ölkədə ola bilməz və olmamalıdır. Rəngli inqilabların müəllifləri hazırlıqlarına bu gün və ya dünən başlamadılar. Ukrayna hadisələri fonunda Gürcüstana rüsumsuz yük kimi gətirilən Saakaşvilinin inqilab ideoloqları tərəfindən yaxından izlənildiyi və müxtəlif adlar altında təlimlərə başladıqlarını xatırlayırıq, məqsədləri isə inqilab təşkil etmək idi”.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər