09 
May
2024
19:48
363

Saakaşvili Gürcüstanın Fransadakı səfirinin istefasına belə fikir bildirdi

“Mən Gürcüstanın Fransadakı səfiri, görkəmli peşəkar Qoça Cavaxişvilinin düzgün və cəsarətli addımını alqışlayıram”.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Facebook səhifəsində dərc olunmuş yazısında qeyd olunub.

Eyni zamanda, Saakaşvili vəzifəyə malik olan olan istənilən şəxsi, o cümlədən onun dövründə təyin olunmuş şəxsləri düzgün seçim etməyə və Gürcüstanın maraqlarına qarşı çıxmamağa çağırıb.

 “Bunu cəmiyyət, bu gün ölkəni xilas etmək üçün mübarizə aparan nəsil qiymətləndirəcək. Bu gün Kiyevdə Avropa Parlamentinin sədri Roberta Mezzola hazırda Ukrayna və Moldova ilə danışıqların getdiyini və Gürcüstan və Belarusun da tezliklə onlara qoşulacağını ümid etdiyini bildirib. Diqqətlə düşünün və vətəninizi qurban verməyin!”, - Mixail Saakaşvili yazıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər