09 
May
2024
19:32
234

Baş nazir: “İnanıram ki, Gürcüstan 2030-cu ilə qədər mütləq Avropa İttifaqının tamhüquqlu üzvü olacaq”

“Aİ-yə üzvlük Gürcüstanın xarici siyasətinin əsas prioritetidir. İnanıram ki, Gürcüstan 2030-cu ilə qədər mütləq Avropa İttifaqının tamhüquqlu üzvü olacaq və bundan sonra ölkəmiz özünəməxsus mədəniyyəti və ənənələri ilə Avropa İttifaqının uğurlarına mühüm töhfə verəcək”.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze sosial şəbəkədə yazıb.

Hökumət başçısının sözlərinə görə, Avropa İttifaqının inkişafı və Gürcüstanla Avropa İttifaqı arasında münasibətlərlə bağlı bütün çətinliklər aradan qaldırılacaq.

“9 may 1950-ci ildə Avropa Birliyinin əsasını qoyan Şuman Bəyannaməsi imzalandı. İkinci Dünya Müharibəsindən sonra Avropa demokratiya, qanunun aliliyi, insan hüquqları kimi dəyərlər üzərində quruldu ki, burada Avropa İttifaqı və onun institutları xüsusi rol oynayır. Uzunmüddətli sülh Avropa İttifaqına öz iqtisadiyyatını ardıcıl inkişaf etdirmək və əhalinin yüksək rifahını təmin etmək imkanı verdi. Əminəm ki, bu gün Avropa İttifaqının inkişafı və Gürcüstanla Avropa İttifaqı arasında münasibətlərlə bağlı olan bütün çətinliklər aradan qaldırılacaq.

Aİ-yə üzvlük Gürcüstanın xarici siyasətinin əsas prioritetidir. İnanıram ki, Gürcüstan 2030-cu ilə qədər mütləq Avropa İttifaqının tamhüquqlu üzvü olacaq və bundan sonra ölkəmiz özünəməxsus mədəniyyəti və ənənələri ilə Avropa İttifaqının uğurlarına mühüm töhfə verəcək”.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər