02 
May
2024
18:07
190

Avropalı yüksək rütbəli rəsmi: "Bu qanun Avropa dəyərlərinə uyğun gəlmir"

"Bu, indiki formada qəbuledilməzdir və Avropa dəyərlərinə uyğun gəlmir".

InterPress.ge xəbər verir ki, bunu Avropa Komissiyasının genişlənmə üzrə baş direktoru Xert Yan Koopman rus qanunu ilə bağlı deyib.

Tbilisiyə iki günlük səfər çərçivəsində keçirilən görüşlərdən sonra avropalı yüksək rütbəli rəsmi jurnalistlərə açıqlamasında vəziyyətin narahatlıq doğurduğunu bildirib.

Onun sözlərinə görə, faktiki olaraq Avropa Komissiyasının ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı növbəti danışıqlar mərhələsinə keçmək üçün qoyduğu 9 qeyd-şərt yerinə yetirilmir.

Koopman Tbilisidə davam edən etirazlara da münasibət bildirib:

“İki gündür ki, hakimiyyətlə, prezidentlə, baş nazirlə, eləcə də müxalifətlə danışırıq.Sizə demək istəyirəm ki, qarşılaşdığım vəziyyət narahatedicidir. Prezidentimiz çox açıq şəkildə bildirdi ki, qanunvericiliklə bağlı işlər narahatedici şəkildə inkişaf edir. İkinci oxunuşda qəbul edilən “Şəffaflıq haqqında” qanun hazırkı formada qəbuledilməzdir və Aİ-yə inteqrasiyaya ciddi maneə yaradır. 

Digər tərəfdən, 9 addım üzrə irəliləyiş yoxdur və bu da yaxşı deyil, baxmayaraq ki, hələ vaxt var. Tövsiyələrimizi sentyabrda yazıb oktyabr-noyabr aylarında dərc edəcəyik. Top indi hökumətin meydançasındadır. Qapımız hər zaman açıqdır. Komissiya namizəd ölkələrlə işləmək üçün buradadır. Mən bilirəm ki, gürcü xalqı Avropa İttifaqına yaxınlaşmaq istəyir və inanıram ki, hakimiyyət də buna inanır. Ümid edirəm ki, bu gün gördüyümüz çox çətin vəziyyət öz həllini tapacaq. İndi irəliyə doğru addım atmaq Gürcüstan hökumətinin üzərinə düşür. Mən açıq şəkildə dedim ki, bu qanun Aİ-yə inteqrasiya yolunda problemdir. Anladığım kimi, ikinci oxunuşda qəbul edilib. Hələ üçüncü dinləmə olmalıdır, onun ardınca prezidentin vetosu ola bilər. Düşünürəm ki, vaxt qanunun mahiyyətini müzakirə etmək üçün istifadə edilməlidir. Bu, indiki formada açıq şəkildə qəbuledilməzdir. Avropa dəyərlərinə uyğun gəlmir. Küçələrdə bu qədər insan görmək cəmiyyətdəki gərginlikdən xəbər verir.

Zorakılıq həmişə pisdir, ona görə də biz bundan narahatıq. Aİ-nin şəffaflıq və demokratiya haqqında qanunu var. Bu, cəmiyyətdəki konkret aktyorları müəyyən etmək və hədəf almaq məqsədi daşımır və əgər onlar xaricdən maliyyə alırlarsa, o, əlbəttə ki, onları xarici maraqların agentləri kimi müəyyən etmir".

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər