01 
May
2024
19:07
217

Baş nazir: “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi siyasi azlığın zorakı hərəkətlərinin qarşısının alınmasına mühüm töhfə verəcək

“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi siyasi azlığın dünən gördüyümüz kimi zorakı hərəkətlərinin qarşısının alınmasına mühüm töhfə verəcək".

InterPress.ge xəbər verir ki, Baş nazir İrakli Kobaxidze bunu hökumət administrasiyasında keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, 2020-ci ildən bəri “NGO”ların fəal iştirakı ilə 2 uğursuz inqilab cəhdi olub.

“Xarici təsirin şəffaflığı haqqında qanun layihəsində yalnız bir şeyin - “NGO”ların və müvafiq KİV-lərin ildə bir dəfə maliyyə bəyannamələrinin təqdim edilməsinin nəzərdə tutulduğunu qeyd etmək istərdim. Qanun layihəsi dövlət suverenliyinin təsdiqinə mühüm töhfə verəcək, bundan əlavə qanun layihəsi siyasi azlığın dünən gördüyümüz kimi zorakı hərəkətlərinin qarşısının alınmasına mühüm töhfə verəcəki. 2020-ci ildə “NGO”lar səslərin paralel hesablanmasının nəticələrini, protokollardakı ixtisarla bağlı məlumatları, MSK-nın guya seçkilərin nəticələrini gec dərc etməsi ilə bağlı məlumatları saxtalaşdırıblar. “NGO”ların bu saxtakarlığı tamamilə xarici mənbələrdən maliyyələşdirilib”, - Kobaxidze qeyd edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər