Bidzina İvanişvili: Şəxsən mən Gürcüstanın suverenliyinin tam bərpası üçün mübarizəmi davam etdirəcəyəm
"İlya Çavçavadzenin “özümüzə sahib çıxmalıyıq” nəsihətini yerinə yetirmək üçün hələ də azadlıq və suverenlik uğrunda mübarizə aparmalıyıq. Ona görə də prinsip və fədakarlıq məsələsi olaraq, sözün hərfi mənasında, mən şəxsən öz vətənimiz olan Gürcüstanın suverenliyinin tam bərpası uğrunda mübarizəni davam etdirəcəyəm."
InterPress.ge xəbər verir ki, bunu “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvili ictimai yığıncaqda çıxışı zamanı deyib.
Bidzina İvanişvilinin fikrincə, xarici ölkənin yetişdirdiyi psevdoelit bir neçə əsas xüsusiyyətləri ilə seçilir. O, vətənsizdir, nə vətənini, nə də xalqını sevmir, çünki o, əslində onu öz mülkü hesab etmir. Belə adam axırda yadelli də ola bilmir və gürcülüyünü də itirir.
Onun fikrincə, belə insanlar istənilən prinsipdən məhrum olduqları üçün kənardan asanlıqla idarə olunurlar. Bu, indiki radikal müxalifətin simasıdır və bu insanların hakimiyyətdə olanda da siması bu idi.
“Hindistanlı lider Cavaharlal Nehrunun bir qədər uyğunlaşma ilə dediyi sözləri xatırlamaq istərdim: “Öz ölkəsi üçün yad ölkənin yetişdirdiyi psevdo-elitadan böyük düşmən yoxdur”.
2012-ci ildə xaricdən təyin olunmuş vətəndaşlığı olmayan siyasətçilərin qanlı rejimini qovanda mən öz missiyamı yerinə yetirdiyimi düşündüm. Biz gürcü xalqına seçki hüququnu qaytardıq, 15 min məhbusu həbsdən azad etdik, məhbuslara qarşı işgəncə və qeyri-insani rəftarları tamamilə dayandırdıq, Milli Hərəkatın media monopoliyasına son qoyduq, biznesi azad etdik, uzunmüddətli sülh və təhlükəsizliyi təmin etdik.
Bir daha təkrar edirəm - 2012-ci ildə missiyamı tam yerinə yetirdiyimi düşündüm. Lakin məlum olduğu kimi, bu nailiyyətlər kifayət etməyib.İlya Çavçavadzenin “özümüzə sahib çıxmalıyıq” nəsihətini yerinə yetirmək üçün hələ də azadlıq və suverenlik uğrunda mübarizə aparmalıyıq. Ona görə də prinsip və fədakarlıq məsələsi olaraq, sözün hərfi mənasında, mən şəxsən öz vətənimiz olan Gürcüstanın suverenliyinin tam bərpası uğrunda mübarizəni davam etdirəcəyəm."


