Böhranların İdarə Edilməsi üzrə Avropa Komissarı: Demokratiya, insan haqları və qanunun aliliyinə xələl gətirə biləcək istənilən qərarı açıq şəkildə pisləyirik
"Biz demokratiya, insan haqları və qanunun aliliyinə xələl gətirə biləcək istənilən qərarı və bu qanunu yenidən tətbiq etmək cəhdini pisləyirik"
InterPress.ge xəbər verir ki, Böhranların idarə olunması üzrə Avropa komissarı Janez Lenarçiç bu barədə Avropa Parlamentində çıxışında bildirib.
"Bugünkü debat bizə göstərdi ki, biz Gürcüstanın islahatlarında və Avropa yolunda uğur qazanmasını görmək arzusundayıq. Bu həm də gürcü xalqının arzusudur. İndi gərək gürcü liderləri [bunu] etsinlər, seçdikləri Avropa yolu ilə irəliləmək üçün islahatlar üzərində çox çalışsınlar. Namizəd ölkə olmaq yeni səylər tələb edir, eyni zamanda iqtidarın, müxalifətin və vətəndaş cəmiyyətinin öhdəliklərini artırır. Bu payızda növbəti genişlənmə hesabatına qədər Aİ həyata keçirilən islahatlara nəzarəti davam etdirəcək.
Biz ölkəni bütün islahat səylərində dəstəkləməyə hazırıq, lakin demokratiya, insan haqları və qanunun aliliyinə xələl gətirə biləcək istənilən qərarı açıq şəkildə pisləyirik. Bütün bunlar gürcü xalqının xeyrinədir. Bu gün isə biz keçən il pislədiyimiz qanunun yenidən tətbiqi cəhdlərini pisləyirik”, - deyə Lenarçiç bildirib.


