17 
Apr
2024
10:45
302

Parlament “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsini bu gün davam etdirəcək

Parlamentin plenar iclasında “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi bu gün davam etdiriləcək.

InterPress.ge xəbər verir ki, dünənki iclasda Parlament qanun layihəsinin birinci oxunuşda müzakirəsini başa çatdıra bilməyib.

“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin müəllifi və təşəbbüskarı “Gürcü Arzusu” fraksiyasıdır. Onun məzmunu ötən il başlanmış və etirazlar nəticəsində “yıxılan” layihəyə bənzəyir. “Şəffaflığın təmin edilməsi məqsədi ilə” qanun layihəsində qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxslərin və kütləvi informasiya vasitələrinin gəlirlərinin müəyyən həcmi - xüsusilə, 20%-dən çoxu xaricdən gələrsə, həmin təşkilatların xarici dövlətin maraqlarını həyata keçirən təşkilat kimi qeydiyyata alınması nəzərdə tutulur.

Qanun layihəsinə əsasən, “xarici dövlətin maraqlarını həyata keçirən təşkilat” hesab edilən hər bir təşkilat eyni adlı məlumat bazasında dövlət reyestrində qeydiyyatdan keçməlidir. Qeydiyyat zamanı alınan gəliri əks etdirmək lazım gələcək. Eyni zamanda, təşkilatların hər il maliyyə bəyannaməsini doldurmaq öhdəliyi olacaq.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər