DİN-dən aksiya iştirakçılarına çağırış
Daxili İşlər Nazirliyi aksiya iştirakçılarını hüquq-mühafizə orqanlarının əməkdaşlarının göstərişlərinə tabe olmağa, zorakılıq hərəkətlərindən çəkinməyə çağırır.
InterPress.ge xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyi bəyanat yayıb.
Qurumdan verilən məlumata görə, hər bir qanun pozuntusu faktına polis tərəfindən müvafiq hüquqi cavab veriləcək.
"Aksiya zamanı Daxili İşlər Nazirliyinin bir əməkdaşı artıq xəsarət alıb. Aksiya iştirakçılarının qanunsuz əməlləri davam etdirəcəyi təqdirdə, Daxili İşlər Nazirliyi qanunvericilikdə nəzərdə tutulmuş xüsusi tədbirlərdən istifadə edəcək. Bir daha qeyd edirik ki, hər bir qanun pozuntusu faktına polis tərəfindən müvafiq hüquqi cavab veriləcək”, - Daxili İşlər Nazirliyinin məlumatında deyilir.


